GüncelKırım Tarihi

Düşündürən,daşındıran düşüncəli düşüncələr….

1.Nə qədər ömrünüz var,elmlə məşğul olun.


Yatmaq üçün əsrərlə vaxtınız olacaq.


2.Sözlə yaramazları da yerində oturtmaq olur.


3.Elə bilməyin ki, elmi mübahisədə həmişə siz haqlısınız.


Elə fakt tapılar ki,əliniz-ayağınız yerdən üzülə bilər.


4.Quşbazlara,boşboğazlara,duşbazlara,yekəbaşlara məhəl qoymayın.Onların nəyi isə çatmır.


5.Kimin adı xoşuna gəlmirsə,çalış ki,onunla dostluq etməyəsən.


6.Övladına yaxşı ad seçdi,o isə yaxşı adı doğrultmadı.


7.Ev tərbiyəsinin bir şəklindən yazılı şəkildə söz açana inanmaya bilərsiniz…

Tərbiyənin minlrlə şəkli (forması ) var.


8.Kollektiv şəkil çəkdirəndə başınızı düz tutun,yoxsa deyərlər ki,filankəs filankəslə dostdur.


9.Yaxşı ki qurbağalar “qur” eləyir.Bizdən uzaqdakı qurbağaların səsi başqa cür çıxır.


10.Özünü ziyalı sayanın ən böyük səhvi adını səhv yazanda olur.

11.Güllərin sayı çoxdur: may gülü də var,çay gülü də var,


yay gülü də… Çalış ki,axırıncıdan uzaq olasan…

 
12.Dişin yoxsa gülməyi tərgit….


13.Quzu böyüyəndə qoyun olur.


Qoyunun quzu olmağı qəssab bıçağınını görəndə olur.


14.Hirslənəndə filə dönmə,fili də çökdürə bilərlər.


15.Vətən! Hamı sənin bir zərrəndir. Kim deyirsə,sən -mənimsən, deməli,onun problemi var..

.

16.Pəncərədən bağa baxmaqla, bağ- bağ olmaz. Bağ  bağda  işləməklə bağ olar.

17.Sağ böyürün üstə yat ki,ürəyinə güc düşməsin.

18.Gördyün yuxu öz yuxundur,plagiat deyil. Yuxu görənlərin çoxu nəyinsə axtarışındadır.

19.Gecənin gec yuxusu,yalan olur çoxusu, yuxunu gör,yoxdur onun qorxusu.

20.Dünyaya gəlməkdə çox tələsmişəm.Ömrümün yarısı yuxuya gedib.

Nazim Nəsrəddinov

Bakı.  07.04.2019.

Pin It on Pinterest